AZ

Pentaqon: “Ukraynanın müharibədə yaxşı şansları olacaq”

“ABŞ əlavə yardım göstərsə, Ukraynanın Rusiyanın hücumunu dəf etmək şansı yaxşı olacaq”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.

O, Ukraynanın müharibədəki şanslarını çox yaxşı kimi qiymətləndirib, lakin şərt ABŞ-ın köməyinin davamıdır. “Onların (Ukraynanın) möhkəm planları var, möhkəm yanaşmaları var”, – Uollander əlavə edib və ukraynalı müdafiəçilərin mətanətini yüksək qiymətləndirib.

Yeri gəlmişkən, ABŞ bir neçə aydır Ukraynaya hərbi yardım göstərmir. Bu, Konqresin maliyyə ayıra bilməməsi ilə bağlıdır. Xatırladaq ki, fevral ayında Senat Ukraynaya təxminən 60 milyard dollar yardım nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənədin Nümayəndələr Palatasında baxılmasından imtina edilir, buna səbəb respublikaçı çoxluğun mövqeyidir.

Nümayəndələr Palatasının spikeri Mike Conson bu yaxınlarda Ukraynaya yardımın tezliklə nəzərdən keçiriləcəyini, lakin qanun layihəsində vacib dəyişikliklər ola biləcəyini deyib. Bu, xüsusilə, kredit yardımı imkanıdır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
225
50
Mənbələr
Şərh ()
Bağla