AZ

“Ermənistan-Türkiyə sərhədinin açılması epoxal hadisə olacaq”

“Türkiyə ilə münasibətlərdə bizim gözləntilərimiz var”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziro Nikol Paşinyan parlamentdə deyib.

“Biz əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların icrasını gözləyirik”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması region üçün epoxal hadisə olacaq.

“Mən indi Ermənistan-Türkiyə münasibətlərindən danışıram, erməni-türk münasibətlərindən deyil. Bu iki formulun ümumi xüsusiyyətləri var, lakin onlar eyni deyil”, - baş nazir bildirib.

Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla