AZ

Ukraynada qadınların hərbi xidmətə çağırılması təklif olunur

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ukraynada İsrail modelinə uyğun olaraq qadınlar da hərbi xidmətə çağırılmalıdır.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva \"The Times”ə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna yaxın illərdə qadınların da səfərbərliyinə hazır olmalıdır: \"Konstitusiyamızda yazılıb ki, hər bir ukraynalının vəzifəsi öz ölkəsini müdafiə etməkdir. Ona görə də qadınların da xidmət etməsi düzgündür. Biz də İsrail kimi etməliyik. Buna hazır olmaq lazımdır”.

Qeyd olunub ki, Ukrayna ordusunda xidmət edən qadınların onda birindən az hissəsi aktiv döyüş tapşırıqlarını yerinə yetirir, qalanları isə həkim, kəşfiyyatçı və idarəçi kimi çalışır: \"Biz qanunvericilik baxımından çox yol qət etmişik, amma praktikada hələ də köhnə məktəb təfəkkürü var. Məktəb yaşından etibarən ölkədə qızlar və oğlanlar arasında fərq qoyulur. Oğlanlar fiziki fəaliyyətlə, qızlar toxuculuq və ya ev işləri ilə məşğul olur. Bu yanaşma dəyişilməlidir. Həm fiziki, həm də psixoloji cəhətdən biz qızları uşaqlıqdan ölkənin müdafiəsinə hazırlamalıyıq”.

Məlumata görə, hazırda Ukrayna ordusunda qadın hərbçilərin üzləşdiyi əsas problem onlar üçün geyimlərin olmamasıdır.

Xatırladaq ki, Ukrayna hökumətinin məlumatına görə, hazırda Silahlı Qüvvələrdə 65 min qadın xidmət edir.//report

Seçilən
75
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
216
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
197
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
196
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
194
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
168
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
164
Azərbaycanda bu məhsul bahalaşdı
160
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
133
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
128
Helikopter qəzası ilə bağlı yeni xəbər
125
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
116
Həlak olan şəxslər sabah dəfn olunacaq
116
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
113
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
111
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
101
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
100
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
93
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
93
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
92
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
90