İngiltərənin “Brayton” klubu futbolçusu Cek Hinşelvudla müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, oyunçu 8 yaşından “Brayton”un formasını geyinir. O, cari mövsüm 17 matçda meydanda olub.