AZ

Erik ten Haq: “Mənim buna heç bir şübhəm yoxdur”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq gələn mövsüm komandanı çalışdırmağa davam edib-etməyəcəyi haqda sualı cavablayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mənim heç bir şübhəm yoxdur. Mən sadəcə işimə, prosesə və bu layihəyə diqqət cəmləmişəm. Burada olmaqdan çox zövq alıram. Bu, mənim üçün bir sınaqdır”, deyə Ten Haq bildirib.

Xatırladaq ki, bundan əvvəl mətbuatda, cari mövsümün sonunda Erik ten Haqın “Mançester Yunayted”dən qovulacağı ilə bağlı xəbərlər yayılmışdı. 54 yaşlı mütəxəssisin yerinə namizədlərdən biri kimi İngiltərə yığmasının baş məşqçisi, ingilis mütəxəssis Qaret Sautqeytin adı çəkilir.

Erik ten Haq “Mançester Yunyated”in 2022-ci ilin iyulundan çalışdırır. Holland mütəxəssisin İngiltərə nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməyən və avrokuboklarda iştirakına xitam vermiş “qırmızı şeytanlar”, indi Ten Haqın rəhbərliyi altında Premyer Liqada ən azı 5-ci yeri hədəfləyərək, növbəti mövsümdə qitənin ən mötəbər klub turnirinə vəsiqə qazanmaq istəyindədirlər.

Hazırda “Mançester Yunayted” 30 oyundan sonra 48 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar”ı 5-ci pillədə qərarlaşmış “Tottenhem”dən 9 xal ayırır. Premyer Liqaya 71 xalla “Arsenal” başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
39
arena.az

10Mənbələr