AZ

Bakıda keçiriləcək dini konfransa erməni katolikosu DƏVƏT ediləcəkmi? - QMİ sədrindən AÇIQLAMA 

“Bu il Dini liderlərin Bakıda görüşü olacaq. Lakin erməni katolikosu II Qareginin dəvət olunması planlaşdırılmır”. 

Bizim.Media xəbər verir ki, Bizim.Media  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Təzə Pir" məscidində bayram namazı xütbəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Allahşükür Paşazadə bayram namazı QILIR - FOTO/VİDEO


“Çünki erməni katolikosu din saxlamayıb ki, onu dəvət edək. Vaxtilə onu Azərbaycana dəvət etmişəm və gəlib bizim konfransda iştirak edib. Amma erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ etdiyi üçün dini liderlərin görüşünə dəvət olunması məsələsi qalıb. İnşallah bir gün gələcək həqiqəti başa düşəcək” - deyə, Allahşükür Paşazadə bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media
 

Seçilən
213
50
Mənbələr
Şərh ()
Bağla