AZ

“Samsung” “Google”u günahlandırır: “Galaxy S23” seriyasındakı problemlər bitmir

Keçən həftə “Samsung Galaxy S23” seriyası “One UI 6.1” yeniləməsini aldı.
İndex.az xəbər verir ki, bir çox istifadəçi bu yeniləmənin yayımlanmasından sonra problem yaşamağa başladıqlarını bildirdi.
Bu problemlər arasında istifadəçiləri ən çox bezdirən barmaq izi skaneri ilə bağlı sensor ekran problemi olub. Ancaq yeniləmə ilə daha yavaş şarj sürəti və həddindən artıq qızma problemləri yaranmağa başladı.
“Samsung Galaxy S23” seriyasından istifadə edən insanlar yaşadıqları problemi bildirdikdən sonra şirkət “Google”u günahlandırmağa başladı. Sensor ekran probleminin xüsusilə “Google”dan qaynaqlandığı iddia edilir.
Sensor ekran girişinin düzgün işləməməsinin səbəbinin “Google”un “Discover” tətbiqi olduğu irəli sürülüb. “Samsung”un bu ittihamı cavabsız qalmayıb. “Google” bu məsələdə səhvini etiraf etdi və qalıcı bir həll üzərində işləməyə başladıqlarını bildirdi.
Problemdən əziyyət çəkən “Galaxy S23” istifadəçiləri indi “Google” tərəfindən təklif olunan yeniləməni aktivləşdirdikdə müvəqqəti düzəliş əldə edə bilərlər. “Discover”in ən son versiyasına yüksələnlər proqram məlumatlarını təmizlədikdən sonra telefonu yenidən başlatmalıdırlar.
Bu proses başa çatdıqdan sonra barmaq izinin tanınması probleminin həll olunacağı bildirilir. Ancaq bu, hələlik müvəqqəti həll yolu kimi təklif olunur. Hər bir istifadəçi üçün işləyəcəyinə heç bir zəmanət yoxdur. Təəssüf ki, daimi həllin nə vaxt gələcəyi məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
24
Mənbələr
Şərh ()
Bağla