AZ

Hər kəsdən gizlədilən gerçək: Şekspir əslində kim idi? - Şok Osmanlı detalı

Hər kəsdən gizlədilən gerçək: Şekspir əslində kim idi? - Şok Osmanlı detalı

Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan Vilyam Şekspirin həqiqətən kim olduğu əsrlər boyu müzakirə edilirdi. Mütəxəssislər iddia edirlər ki, yalnız aristokrat ingilis dilini belə incəliklə mənimsəyə bilər. İddialar arasında təəccüblü Osmanlı detalı da var.

Publika.az xəbər verir ki, Şekspirin əslində kim olduğu hələ də dəqiq bilinmir. 1564-cü ildə doğulan və 1616-cı ildə vəfat edən yazıçının həyatı ölümündən 60 il sonra yazılmağa başlayıb. Onun tərcümeyi-halı kimi təqdim edilən məlumatlar həmişə şübhə doğurub.

Bunun birinci səbəbi Şekspirin tərcümeyi-halında onun 1585-1592-ci illər arasında etdiklərinin yazılmamasıdır. Bu dövr "qaranlıq illər" adlandırılsa da, ikinci ən böyük səbəb tərcümeyi-haldakı şəxsin 16-cı əsrdə yazılmış və təxminən 29 min fərqli sözlə ifa etdiyi pyesləri və şeirləri ərsəyə gətirmək üçün intellektual avadanlığın olmadığı iddiasıdır. Bu səbəbdən tədqiqatçılar iddia edirlər ki, Şekspirin son dərəcə incə, məcazi əsərləri ancaq aristokrat və ya aristokratların qurduğu ədəbi cəmiyyət tərəfindən yazıla bilərdi.

Digər tərəfdən, Vilyam Şekspirin vəftiz (xaç suyuna salma), evlilik, ölüm, əmlak və vergi qeydləri yoxdur. Şekspir dövründəki pyeslərdəki imzalar da uyğun gəlmir. Bu dövrə aid 32 əsərin üz qabığında onun soyadı "Şeyk-Spir" və ya "Şak-Nizə" kimi yazılıb. Bəs niyə müzakirədə aristokratların adı çəkilir?

Həmin dövr Britaniya cəmiyyətində ədəbi əsərlər istehsal etmək aristokratiya üçün "qeyri-qanuni" və "vulqar" fəaliyyət kimi qəbul edilirdi. Aristokratların ədəbi əsərlər yazarkən təxəllüslərdən istifadə etdikləri də məlumdur.

Oksfordun 17-ci Qrafi Edvard De Ver əsl Şekspir olduğu iddia edilən isimlərdən biridir. De Verin şeirlərinin üslubu, coğrafiyadan biliyi, ingilis aristokratiyasının iş və intriqalarını dərindən bilməsi və o dövrdə yalnız aristokratların faydalana bildiyi kitabxanalardan ingilis tarixinə dair təfərrüatlara sahib olması qrafı ən güclü namizəd edir.

İddiaların mərkəzində duran başqa bir ad isə ser Frensis Bekondur. Mütəxəssislər Şekspiri 17-ci əsr Avropasının ən böyük ziyalısı hesab edirlər, çünki onun əsərlərində dövrün kralı I Ceymsin həyatı və saray həyatında baş verən əsas hadisələr və böhranlar yer alır. Həmçinin hüquqi problemlərlə dərindən məşğul olur. Eyni zamanda yazıçı olan ser Bekon İngiltərə kralı I Ceymsin dövründə həm hüquq, həm də bürokratiya sahəsində ən yüksək səviyyədə xidmət etdiyi, hüquq bilikləri və sarayın "müdrik adamı" olduğu üçün siyahıda yer alıb.

Derbinin 6-cı qrafi Vilyam Stenli də "Əsl Şekspir" iddialarının mərkəzində duran isimlərdən biridir.

Son dərəcə yaxşı təhsil almış, dünyanı gəzmiş və həyatının böyük bir hissəsini xalq üçün pyeslər və şeirlər yazdırdığı söylənilən Stenli, sarayı tənqid etməsi, kəskin yumoristik üslubu, ziyalılardan misallar verməsi ilə tanınıb. Onun dünya tarixi və mifologiyaları, saray intriqaları və ölkə tarixindəki məxfi məlumatlar haqqında məlumatı diqqəti cəlb edir. Bu mövzular Şekspirin pyeslərində tez-tez müzakirə olunur. Stenlinin hansı şəhərdə pyeslərini "WS" ilə imzaladığı məlum olmasa da, ingilis tarixçiləri onun Osmanlı İmperatorluğuna getdiyini, burada İslamı təhqir etdiyini və tutularaq edam olunmaq üzrə olduğunu iddia ediblər. Daha sonra isə bir müsəlman qadın onunla evlənəcəyini deyir. Bundan sonra onu sərbəst buraxırlar.

Seçilən
110
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3002
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2533
Bakıda hoteldə yanğın başlayıb
2091
Bu yol qovşağında təmir işləri aparılacaq
2054
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1148
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1093
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
903
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
862
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
844
Çingiz Mustafayevin toyudur - FOTOLAR
811
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
766
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
712
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
620
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
612
Sabah 5 kəndin qazı kəsiləcək
608
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
600
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
563
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
530
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
485
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
482