AZ

Hər kəsdən gizlədilən gerçək: Şekspir əslində kim idi?

Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan Vilyam Şekspirin həqiqətən kim olduğu əsrlər boyu müzakirə edilirdi. Mütəxəssislər iddia edirlər ki, yalnız aristokrat ingilis dilini belə incəliklə mənimsəyə bilər. İddialar arasında təəccüblü Osmanlı detalı da var.

Publika.az xəbər verir ki, Şekspirin əslində kim olduğu hələ də dəqiq bilinmir. 1564-cü ildə doğulan və 1616-cı ildə vəfat edən yazıçının həyatı ölümündən 60 il sonra yazılmağa başlayıb. Onun tərcümeyi-halı kimi təqdim edilən məlumatlar həmişə şübhə doğurub.

Bunun birinci səbəbi Şekspirin tərcümeyi-halında onun 1585-1592-ci illər arasında etdiklərinin yazılmamasıdır. Bu dövr “qaranlıq illər” adlandırılsa da, ikinci ən böyük səbəb tərcümeyi-haldakı şəxsin 16-cı əsrdə yazılmış və təxminən 29 min fərqli sözlə ifa etdiyi pyesləri və şeirləri ərsəyə gətirmək üçün intellektual avadanlığın olmadığı iddiasıdır. Bu səbəbdən tədqiqatçılar iddia edirlər ki, Şekspirin son dərəcə incə, məcazi əsərləri ancaq aristokrat və ya aristokratların qurduğu ədəbi cəmiyyət tərəfindən yazıla bilərdi.

Digər tərəfdən, Vilyam Şekspirin vəftiz (xaç suyuna salma), evlilik, ölüm, əmlak və vergi qeydləri yoxdur. Şekspir dövründəki pyeslərdəki imzalar da uyğun gəlmir. Bu dövrə aid 32 əsərin üz qabığında onun soyadı “Şeyk-Spir” və ya “Şak-Nizə” kimi yazılıb. Bəs niyə müzakirədə aristokratların adı çəkilir?

Həmin dövr Britaniya cəmiyyətində ədəbi əsərlər istehsal etmək aristokratiya üçün "qeyri-qanuni" və "vulqar" fəaliyyət kimi qəbul edilirdi. Aristokratların ədəbi əsərlər yazarkən təxəllüslərdən istifadə etdikləri də məlumdur.

Oksfordun 17-ci Qrafi Edvard De Ver əsl Şekspir olduğu iddia edilən isimlərdən biridir. De Verin şeirlərinin üslubu, coğrafiyadan biliyi, ingilis aristokratiyasının iş və intriqalarını dərindən bilməsi və o dövrdə yalnız aristokratların faydalana bildiyi kitabxanalardan ingilis tarixinə dair təfərrüatlara sahib olması qrafı ən güclü namizəd edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
publika.az

10Mənbələr