AZ

Ərdoğan xalqı Ramazan bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzaya 45 min tondan çox yardım materialı göndərdiyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Rəcəb Tayyib Ərdoğan yayımladığı videomüraciətində xalqı Ramazan bayramı münasibətilə təbrik edib.
Türkiyə Prezidenti mesajında bu ifadələrə yer verib: ​​“Fələstin xalqının çətin günündə yanında olduğumuzu göstərdik. Türkiyə bu günədək Qəzzaya 45 min tondan çox yardım materialı göndərdi. İnşallah bundan sonra da dəstəyimizi davam etdirəcəyik''.
Mesajında terror təşkilatlarına qarşı aparılan mübarizəyə də toxunan Türkiyə Prezidenti deyib:"Ölkəmizin birliyini, xalqımızın əmin-amanlığını təhdid edən terror təşkilatlarına ağır zərbələr endiririk. Terror bataqlığını mənbəyində qurutmaq strategiyamızı qətiyyətlə həyata keçiririk".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
1
sia.az

10Mənbələr