AZ

Ərdoğan çağırış etdi: “Qutuların yanından ayrılmayın” - FOTO

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan xalqın iradəsini tam qorumaq üçün partiya üzvlərini səslərin sayılması proseduru bitənə qədər seçki qutularının yanında qalmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında yazıb.

“Saat 17:00-a olan məlumata görə, bütün ölkə üzrə səsvermə prosesi başa çatıb. Seçki qutularını və səsləri qorumaq vaxtıdır. Son səslər hesablanana və nəticələr yekunlaşana qədər bütün bacı-qardaşlarımdan məsul olduqları seçki qutularını tərk etməmələrini və xalqın iradəsini sona qədər müdafiə etmələrini ürəkdən xahiş edirəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.
Vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başç

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
22
bizim.media

10Mənbələr