AZ

"Serbiya xarici siyasətini Avropa İttifaqı ilə daha sıx əlaqələndirsin"

Fransa prezidenti Emmanuel Makron Serbiyanı xarici siyasət qərarlarını Avropa İttifaqı (Aİ) ilə daha sıx əlaqələndirməyə çağırıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, o, bunu Parisə səfərə gələn Serbiya prezidenti Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında deyib.

 

Serbiya 2012-ci ildən Aİ üzvlüyünə namizəddir. Makron qeyd edib ki, Serbiyanın gələcəyi Avropa İttifaqındadır, başqa yerdə deyil: "Bu, bir daha təsdiqləmək üçün vacib olan strateji seçimdir... Serbiyanın bu seçimi həyata keçirməyə davam etməsi, xüsusən də xarici siyasət qərarlarımızın daha sıx əlaqələndirilməsi yolu ilə həyata keçirilməsi vacibdir".

 

Fransa prezidentinin sözlərinə görə, Ukraynadakı hərbi münaqişə fonunda yeni dövr başlayıb, bu, həm də Avropanın yenidən birləşmək istəyi dövrüdür: "Serbiyanın inteqrasiyası Avropada bizim ümumi maraqlarımıza uyğundur və Serbiyanın Aİ-nin strateji muxtariyyətinin gücləndirilməsində mühüm rolu var".

 

Səfəri zamanı Vuçiç digər məsələlərlə yanaşı, 12 yeni "Rafale" qırıcısının alınması ilə bağlı Emmanuel Makronla danışıqlar aparmaq məqsədi daşıyır. Serbiya prezidenti danışıqların əsas mövzuları arasında Fransa ilə hərbi-sənaye kompleksi və atom enerjisi sahəsində əməkdaşlığı da qeyd edib.

Seçilən
178
25
Mənbələr
Şərh ()
Bağla