AZ

Makron Serbiyanı qərarlarını Avropa İttifaqı ilə əlaqələndirməyə çağırıb

Makron Vuçiçi xarici siyasətlə bağlı qərarlarını Aİ ilə yaxından əlaqələndirməyə dəvət edib...Fransa prezidenti Emmanuel Makron Serbiyanı xarici siyasət qərarlarını Avropa İttifaqı (Aİ) ilə daha yaxşı əlaqələndirməyə çağırıb.Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Makron Parisdə səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında deyib.“Serbiyanın gələcəyinin Avropa İttifaqında və başqa yerdə olmadığına şübhə edilməməlidir”, deyə Makron bildirib.Fransa prezidenti qeyd edib ki, bu, yenidən təsdiq edilməsi vacib olan strateji seçimdir. Fransa liderinin sözlərinə görə, Serbiyanın xarici siyasət qərarlarının daha sıx əlaqələndirilməsi yolu ilə bu seçimi həyata keçirməyə davam etməsi vacibdir.Makron əlavə edib ki, Ukrayna münaqişəsi fonunda Avropanın birləşməsi arzusunun yeni dövrü başlayıb.Qeyd edək ki, martın sonunda Vuçiç Serbiyanın tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcəyini bəyan edib. Eyni zamanda, AŞPA (Avropa Şurası Parlament Assambleyası) Siyasət və Demokratiya Komitəsi Kosovonun Avropa Şurasına üzvlüyünü təsdiqləyib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
3
poliqon.az

10Mənbələr