AZ

"ABŞ və Çin bir-birini müharibə ilə təhdid edir" - "Fox News"

"ABŞ və Çin artıq bu il bir-birilə savaşa başlaya bilər, böyük dövlətlər arasında müharibənin başlanması üçün şərait büsbütün yetişib..."
 
"Pekin növbə ilə Filippin, Tayvan və Yaponiyaya qarşı informasiya və gerçək təxribatlar törədir, bu üçlükdə Filippin hərbi cəhətdən ən zəif həlqədir..."
 
Çin Filippinlə Cənubi Çin dənizi akvatoriyasının bir hissəsi uğrunda mübahisə səbəbindən üçüncü dünya savaşı ilə təhdid edir, bu mübahisədə ABŞ Filippin hökumətinin tərəfindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri yazıb.
 
Mart ayı ərzində Çinin sahil mühafizəsinin gəmiəri bir neçə dəfə Filippinin balıqtutan gəmilərini mübahisəli adalardan, o cümlədən su şırnaqları tətbiq etməklə güclə qovub. Belə insidentlər burada əvvəlki illərdə də baş verib.
 
Çin üzrə amerikalı ekspert Qordon Çanq  jurnalistlərə uzah edib ki, Pekin ABŞ və Filippin arasında birgə müdafiə haqqında sazişə "hörmət etmir".
 
"Ötən ay iki dəfə, martın 5-də və 29-da ABŞ Dövlət Departamenti Çinə yazılı xəbərdarlıq edərək bəyan edib ki, biz ABŞ və Filippin arasında qarşılıqlı müdafiə haqqında Müqavilənin 4-cü maddəsinə uyğun olaraq öz öhdəliklərimizin icra edilməsi üçün güc tətbiq etməyə hazırıq. Bu, xəbərdarlıqdır, biz müharibəyə hazırıq", - Çanq izah edib.
 
Lakin Çin də Filippinlə ərazi mübahisəsinə görə Amerikanı təhdid edir, amma bunu qeyri-rəsmi edir.
 
Qəzetin yazdığına görə, bu günlər Çin Kommunist Partiyasının rəsmi ruporu olan ingilisdilli "China Daily" qəzetində ÇXR Dəniz Gəmiçilk İnstitutu direktorunun müavini Yan Syaonun müəllifi olduğu məqalə dərc edilib. 
 
Məqalənin adı belə hər şeyi aydın göstərir: "Manilanı (Filippinin paytaxtı) müharibənin dəhşətlərindən qorumaq lazımdır".
 
Məqalə müəllifi birinci dünya savaşı başlamazdan öncə dəniz akvatoriyası uğrunda Filippinlə Çin arasında mübahisə və Avropa ölkələrinin qarşılıqlı ərazi iddiaları arasında birbaşa paralellər aparıb.
 
"Birinci dünya savaşının dərsləri xüsusilə balaca dövlətlər tərəfindən nəzərə alınmalıdır. Çünki münaqişənin qızışdırılması heç bir ölkənin maraqlarına xidmət etməyəcək. 
 
ABŞ-ın Filippinin adından hərbi müdaxiləsi həmçinin qonşu ölkələr üçün fəlakətli olacaq. Onlar anlamır ki, Asiyada "Sarayevodan atəş" səsləri eşidilən kimi Şərqi  və Cənub-Şərqi Asiya ölkələrində insanlar müharibənin ən böyük qurbanlarına çevriləcək", - Yan Syao məqaləsində yazıb.
 
Yuxarıda adıçəkilən amerikalı çinşünas ekspert Qordon Çanq qeyd edir ki, bu üstüörtülü təhdidlər Çinin növbə ilə bütün qonşularına təzyiq edərək ən zəif həlqəni axtarmaq strategiyasının bir hissəsidir. Pekin növbə ilə Filippin,Tayvan və Yaponiyaya qarşı informasiya və gerçək təxribatlar törədir.
 
Çanq qeyd edir ki, Filippin bu üçlükdə hərbi cəhətdən ən zəif həlqədir. Onun sözlərinə görə, problem ondadır ki, Pekin ABŞ-ın öz müttəfiqinin müdafiəsi üçün həqiqətən güc tətbiq edəcəyinə inanmır.
 
"Bir çox insanlar deyir ki, biz bu il və ya gələn il Çinlə müharibəyə daxil olacağıq. Mən demirəm ki, biz bu müharibəyə daxil olacağıq, lakin əgər daxil olsaq, böyük ehtimalla, mübarizə Tayvan və ya Yaponiyadan deyil, Filippindən başlayacaq. 
 
Siz vəziyyətə nəzər salsanız, böyük dövlətlər arasında Filippindən başlayacaq müharibənin bütün elementlərini görəcəksiniz", - Çanq buna əmindir.
 
Çinin Tayvan, Filippin və Yaponiyaya ərazi iddiaları
 
Çin praktiki olaraq özünün bütün qonşularına, o cümlədən Rusiyaya qarşı ərazi iddiaları irəli sürür. Demək olar ki, ən kəskini Tayvan məsələsidir. Pekin bu dövləti özünün əyaləti hesab edir və dövrü olaraq onu özünə "birləşdirəcəyi" ilə təhdid edir.
 
Yaponiyaya münasibətdə Cənubi Çin dənizində Senaku kimi bir neçə  məskunlaşdırılmayan adalara ərazi iddiaları var.  Dövrü olaraq bu, iki ölkə arasında hərbi-siyasi gərginliyə gətirib çıxarır.
 
Filippinə gəldikdə, Cənubi Çin dənizində bir neçə riflər və adalar, o cümlədən Skarboro dayazlığı mübahisəli ərazilərdir. Filippin hətta BMT tribunalına müraciət edib, o da Manilanın xeyrinə qərar çıxarıb, lakin Pekin bu qərarı tanımayıb.
Seçilən
168
5
Mənbələr
Şərh ()
Bağla