AZ

Lotoreyadan 10 milyon dollar uddu

Lotereya oyunlarında şansı gətirən, iki dəfəyə 10 milyon dollar udan Ueyn Mürrey daha çox qazanmaq üçün davam edir.

Valyuta.az xəbər verir ki, "New York Post"un fotoqrafı Mürrinin daha çox lotoreya kartı aldığının şahidi olub. Bruklində uduşlu biletlərin satıldığı "H&A Gas & Convenience"də çalışan bir kassir Mürrinin bankda çoxlu pula sahib olmasına baxmayaraq hələ də lotoreya oynadığını bildirib. O, Mürrinin lotoreyaya gündə 500 dollar xərclədiyini deyib. 

Mürri ilk dəfə 2022-ci ilin avqustunda "Black Titanium" adlı lotereyada qalib gələrək altı milyon 122 min 400 dollar qazanıb. 2023-cü ildə "200X The Cash"da şans yenə Murrayın xeyrinə oldu və o, ilk uduşu ilə eyni olan birdəfəlik məbləği alıb. 

Lotereya qaydalarına görə, "200X The Cash"da baş mükafatı qazanmaq ehtimalı 3,5 milyonda bir, "Black Titanium"da isə bir qədər aşağı, 3,59 milyondabirdir. 

Elmir

Seçilən
155
26
Mənbələr
Şərh ()
Bağla