AZ

Çində qadın lotereyada külli miqdarda pul uddu, lakin mükafatı götürə bilmir – ŞOK SƏBƏB

Çində qadın lotereyada külli miqdarda pul udsa da, onu ala bilməyib.

Məlumata görə, Tayçjoudan olan bir qadın 930 min dollar məbləğində lotereya uduşunun sahibi olduğunu öyrənib. Lakin o, biletini təsadüfən yuduğu üçün mükafatı götürə bilməyib.

Qadın lotereya mərkəzinə zəng edərək vəziyyəti izah edib. Lakin onlar pulu yalnız bilet tam şəkildə təqdim edildikdə verə biləcəklərini deyiblər.

“İndi mən daim bu barədə düşünürəm və bu məni incidir”, – deyə qadın etiraf edib.

Oxu.az

Seçilən
170
26
Mənbələr
Şərh ()
Bağla