AZ

"Qüds ya rusun olacaq, ya da ümumiyyətlə olmayacaq"

"Qüds ya rusun olacaq, ya da ümumiyyətlə olmayacaq"

"İranın İsrailə hücum etməkdən başqa yolu qalmır, savaşa şiyələr başlayacaq, lakin hansısa məqamda bu, bütün müsəlmanların savaşına çevriləcək..."

"ABŞ və NATO həvəssiz də olsa mütləq bu savaşa qoşulacaq, biz Kiyevi ələ keçirəcəyik, Tramp gələcək və ya ABŞ-da vətəndaş savaşı başlayacaq..."

Rusiya hakimi Vladimir Putinin həyata keçirdiyi imperiya ideologiyasının yaradıcısı, tanınmış rusiyalı filosof və siyasətçi, "Putinin beyni" adlandırılan Aleksandr Duqin Qüdsün "rus" gələcəyi barədə öncəgörənlik edib.

Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Teleqram-kanal"ında yazıb. Məlumatı "dialog.ua" nəşri yayıb.

"Rus şəhəri, bütün şəhərlərin anası olan Qüds ya rusun olacaq, ya da ümumiyyətlə olmayacaq. Orada əlahəzrət Kitavras hakimlik edəcək. Bu, sirli Göyərçin Kitabından bəllidir. Rus çarı bütün çarların çarıdır", - Duqin yazıb.

Bundan öncə rusiyalı ideoloq Binyamin Netanyahunun ünvanına qınaq dolu fikirlər səsləndirərək İsrail baş nazirini dini zəmində qətllərdə ittiham edib.

"Bibi (Netanyahunun ayaması-red.) on minlərlə haqlı olanları və günahkarları ağına-bozuna baxmadan məhv edir, çünki bunu ona Tövrat və talmud sövq edir.

Bu, heç də gülməli deyil. Əksinə, dünyanın sonu haqqında bizim pravoslav müqəddəs kitablarımız, dini mənbələrimiz, rahiblərimizin nə dedikləri ilə bağlı maraqlanmaq kifayətdir. Söhbət ağıldan
zəif iqtisadçılardan deyil, daha ciddi və mükəmməl insanlardan gedir.

Bibiyə cavab verməyə isə Mehdinin hüzuru barədə təsəvvürlərə əsaslanan iranlılar hazırlaşır. Yenə də iqtisadçılar istirahət edir. Miflər gerçəklikdən daha güclüdür, heç olmasa ona görə ki, gerçəklik də mifdir, amma uğursuz, rəngsiz və axmaq mifdir", - Duqin məlumat verib.

Görünür, Duqinin bu cür fikirlər püskürməyinə səbəb Dəməşqdə İran İnqilabı Keşikçiləri Korpusunun yeddi zabitinin aradan götürülməsi olub.

"İndi İranın İsrailə hücum etməsindən başqa yolu qalmır. Bunu müqavimət hərəkatının var qüvvəsi ilə edəcək. Bu savaşa şiyələr
başlayacaq, lakin hansısa məqamda bütün müsəlmanların savaşına çevriləcək", - o, qeyd edib və əlavə edib ki, Tehranın "İsrail ilə müharibəyə imkan daxilində tez bir zamanda başlamağa bütün əsasları var".

"Zamanı nəzərə almaq gərəkdir. Bayden bu savaşı qətiyyən istəmir, çünki onun üçün seçkilər və Ukraynaya bizə qarşı dəstək üstünlük təşkil edir. Amma Tramp,
əksinə, bizə qarşı laqeyddir, İsrail isə onun üçün qiymətlidir...

ABŞ və NATO bu savaşa hədsiz həvəs olmadan mütləq qoşulacaq. Bu zaman isə biz Kiyevi ələ keçirəcək və həddən artıq güclənəcəyik. Bax, o zaman Tramp gələcək və ya ABŞ-da vətəndaş savaşı başlayacaq. Dünya artıq başqa cür olacaq", - Duqin proqnoz verib.

Xatırladaq ki, martın 24-də Duqin bəyan edib ki, "Crocus City Hall" konsert salonunda baş vermiş terror aktında İsrailin əli ola bilər.

Onun sözlərinə görə, "israillilər zamanında Suriyada İŞİD-lə gizli sövdələşmə bağlamağı və islamçıları Əsədə qarşı maliyyələşdirməyi bacarıb".

Duqin həmçinin yazır ki, İsrail "İŞİD-in Əfqanıstanda Qərbin xüsusi xidmət orqanlarının terror aktının təşkilatçıları hesab etdiyi "Xorasan Vilayəti" şöbəsi ilə "təmasdadır".

Seçilən
246
50
Mənbələr
Şərh ()
Bağla