AZ

“Sabah”da 100-cü...

“Sabah” ölkə çempionatlarında səfərdə 100-cü qolu buraxıb.

"Football-plus.az" xəbər verir ki, bu, premyer-liqanın 29-cu turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.

Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.

“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb. 2018/19 mövsümündən premyer-liqada çıxış edən komanda ilk dəfə 2018-ci il avqustun 19-da “Sumqayıt”la ev görüşündə qapısında qol görüb – 1:4.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
26
Mənbələr
Şərh ()
Bağla