AZ

"Nə yaxşı ki, belə bir kişidən oğlumu dünyaya gətirdim"

Rəqqasə Fatimə Fətəliyeva "Söz baz" verilişində verdiyi açıqlamalarla diqqət çəkib.

Publika.az olay-a istinadən bildirir ki, o, ilk evliliyindən söz açaraq başına gələnləri danışıb:

"Məktəbi bitirməmiş 15 yaşında mənə elçi gəldi, üzük taxdılar. 16 yaşında o üzük qayıtdı. Evdəkilər dedi ki, mümkün olan şey deyil ki, səni o ailəyə verək. Qapını bağlayırdılar, pəncərədən qaçırdım. Bir qardaşım var idi... Zülm verən. Bir ərəb filmi var idi. Atam o kinoya baxandan sonra dedi ki, bir qızımız var, deyin, yenidən elçi gəlsinlər. 3-4 ay sonra yenə üzüyü qaytardılar ki, dəhşətdir. O ailə zülmkar idi. Qapıları, pəncərələri bağlayırdılar ki, o ailəylə mümkün deyil. İşə məni aparıb-gətirirdilər. Oğlanla plan qurduq ki, qaçaq. Çamadanlarımı yığdım və ana olmayanda qaçdım. Necə xoşbəxt idim ki, deyirdim, soğan-çörək yeyərəm səninlə. Bir ay sonra gəlirdim ki, ana, məni bağışla da. Bunu danışıram ki, valideynin sözünə qulaq asın. Onların xeyir-duasını alın. Qayınanam yaxşı olsaydı, bu ailə davam edərdi. İndi də eşidirəm ki, o, gəlinlərinə zülm verir. Evi ayrıdır. İki oğlunun da evinin açarı özündədir. Nə vaxt istəsə, girir-çıxır. Mənim yerimdə olan gəlin var. Ondan gizlədirlər məni. Guya heç olmamışam. O boyda qızı var, babadır. Amma danır. Bu dünyada qaçdınız, o dünyada necə cavab verəcəksiniz? Ay Məsmə xanım, məni dandınız, nəvənizi görmədiniz. Heç bir qız övladı istəməz ki, ailəsində problem olsun. Hind kinosu idi. Mikrorayonda müsahibə alın, bizim hekayəmizi danışacaqlar. Düşünməsinlər ki, məni boşaylıblar. Özüm qaçdım, dedim sizinlə ola bilmərəm. Su nədir ki? O sunu mənə qıymırdılar. Anamla atamın ayaqlarının altına düşdüm ki, məni bağışlayın, orada qala bilmirəm. Özləri də vəziyyətimi görürdü. Elə bir həddə çatdıq ki, anamla atam bizim üçün kirayə ev tutdular. Orada da imkan vermədi. Mən evimə qayıtdım, həyat yoldaşım İstanbula, Antalyaya getdi. O film bitib. Mənə deyirlər ki, Allah sizin üzünüzə baxıb, o ailədən uzaq olmusunuz. Yoxsa çoxdan ölərdiniz. Deyirlər ki, o biri gəlinlərinə qan uddurur".

Fətəliyeva ikinci ailəsindən və ayrılıq xəbərlərindən də söz açıb:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
15
publika.az

10Mənbələr