AZ

Çinin avtomobil şirkəti məşhur rəqiblərinə qarşı “qiymət müharibəsi”nə başlayır

Çin istehsalçısı BYD-nin elektrik avtomobillərinin qiymət dinamikası şirkətin “Toyota” və “Volkswagen” kimi ən böyük xarici rəqiblərinə qarşı qiymət müharibəsinə başladığını göstərir.

Bizim.Media bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

“Elektrik enerjisi neftdən ucuzdur” marketinq kampaniyası çərçivəsində BYD yüzdən çox hibrid və tam elektrik modellərinin qiymətlərini endirib, daha 70 modeli endirimli qiymətlərlə yenidən satışa çıxarıb. 

Qiyməti düşməyən yeganə model isə alıcıya 233 min dollara başa gələcək “Yangwang” avtomobilidir.
Nəticədə Çin istehsalçısının ən sərfəli elektrik avtomobilinin qiyməti 10 min dollardan aşağı olacaq.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
15
bizim.media

10Mənbələr