AZ

Putin-Ərdoğan görüşündən XƏBƏR VAR

"Rusiya Federasiyası və Türkiyə anti-Rusiya sanksiyalarından irəli gələn bank köçürmələri ilə bağlı problemlər üzərində işləyir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Putin və Ərdoğan arasında təmaslar hazırlanır və yaxın gələcəkdə mümkündür, lakin dəqiq vaxt hələ müəyyən edilməyib", - o əlavə edib.

 

"ABŞ və Yaponiya arasında hərbi ittifaq Moskva ilə Tokio arasında sülh müqaviləsi probleminin həllinə mane olur. Alman əsgərlərinin Litvaya göndərilməsi və hərbi bazanın yaradılması ehtimalı gərginliyi artırmaqda davam edir, bu, Moskvadan xüsusi tədbirlər tələb edir", - sözçü iddia edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
10
Mənbələr
Şərh ()
Bağla