AZ

ABŞ Ukraynaya əlavə HIMARS sistemləri və "Patriot" raketləri verəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ Ukraynaya əlavə HIMARS reaktiv yaylım atəşi sistemləri və sursatlar tədarük edəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken bildirib.

Yardım paketinə həmçinin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mərmilər, "Stinger MANPADS" üçün döyüş sursatı, 155 və 105 mm-lik artilleriya mərmiləri, "TOW" raketləri, "Javelin" və AT-4 tank əleyhinə sistemlər, həmçinin "Bradley" piyada döyüş maşınları, patrul katerləri, kiçik silahlar və ehtiyat hissələri daxildir.

Göndərmək üçün hazırlanan silahların dəqiq sayı açıqlanmır, yalnız bu dəfə onun üçün ayrılan məbləğ məlumdur - 400 milyon dollar.

Qeyd edək ki, mayın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərini yardımı ləng çatdırdıqlarına görə tənqid edib. O, “bütün tərəfdaşların razılaşmaları dərhal yerinə yetirməməsindən” narazılığını ifadə edib. Eyni zamanda Ukrayna Prezidenti münaqişədə Kiyevə kömək edən bütün Qərb liderlərinə minnətdarlığını bildirib.

T.İSMAYIL

Seçilən
269
1
1

1Mənbələr

Şərh ()
Bağla