AZ

"Hakim hər iki komandanın oyununu korladı" - Miodraq Bojoviç

style='margin-bottom:10px;'>

"Yaxşı oyun keçdi. Təəssüf ki, erkən qol buraxdıq. Məhz bundan sonra daha yaxşı oyun göstərməyə başladıq. Müəyyən epizodlarımız var idi, istifadə edə bilmirdik".

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqasının 29-cu turunun "Sumqayıt"la oyunundan sonra mətbuat konfransında deyib.

Monteneqrolu mütəxəssis 1:1 hesablı matçı belə şərh edib: "Sumqayıt"ın da şansları oldu, onlar əks-hücuma yaxşı keçirlər. Oyunun tempi də kifayət qədər yaxşı idi. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq. Futbolçularıma əhsən düşür, hesabı bərabərləşdirə bildilər. Qol buraxmaq təhlükəsi də var idi. Amma oyunçular sona qədər inanırdılar. Hakimlik barədə danışmağı xoşlamıram. Amma məncə, hakimlik meydandakı ən pis tərəf idi. Birinci hissədə üç dəfə VAR məqamı var idi. "Sumqayıt"ın qapıçısı topu nə qədər saxladı, amma cəmi 1 dəqiqə əlavə edildi. İkinci hissədə isə penalti var idi, baş hakim vermədi. "Araz-Naxçıvan"la görüşdə xatırlayırsız da, hansı şəraitdə penalti verdilər. Baş hakim hər iki komandanın göstərdiyi oyunu korladı".

Bojoviç "Neftçi"ni klub vəziyyətinə gətirmək çətindir, yoxsa komanda?" sualını da cavablandırıb: "Bu suala cavab vermək çətindir. Komanda hazırlıq mərhələsini buraxdı. Çünki uzun müddət baş məşqçi yox idi. Heç kim bilmirdi ki, komanda necə işləyir. Oyunçular haqda da nəsə deyə bilmirəm. Müəyyən vaxt keçib, hazırlığı buraxıblar. "Neftçi" daha da yaxşı oynaya bilər. Hər şeydən bir az çatışmır".

Baş məşqçi kapitan Emin Mahmudovla sağlam münasibətlərinin olmaması ilə bağlı xəbərlərə də münasibət bildirib: "Emin keçən həftə tam şəkildə məşq etmirdi. Ona görə əvəzlədim. Əvəzlənəndə narazı qalması məni sevindirir. Əgər oyunçunu dəyişəndə, o sevinirsə, demək problem var. Heç bir futbolçu meydanı erkən tərk etməyi sevmir. Emin və heç bir futbolçu ilə problemim yoxdur. Onların mənimlə problemi varsa, özümə deməlidirlər".

Bojoviç növbəti dəfə azarkeşlərinin azlığından gileylənib: "Başa düşürəm ki, azarkeşlər razı deyil. Amma yeganə bacardığım burada işləməkdir. Boş tribunalar qarşısında oynayırdıq. Sanki evdə deyildik. Azarkeşlər olsaydı, rəqibə təzyiq göstərərdi, 12-ci oyunçunu hiss edərdik. Biz "Sumqayıt"ın azarkeşlərini gördük. Çox deyildilər, amma onları eşidirdik".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
6
Mənbələr
Şərh ()
Bağla