AZ

7 yaşlı oğlanın qaraciyərindən iki kist çıxarılıb - Mərkəzi Klinikada

7 yaşlı uşaq zəifliklə müşayiət olunan qarın ağrısı şikayətləri ilə Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynova müraciət edib.

 

Aztibb.az-ın xəbərinə görə, yaşadığı rayonda yerləşən xəstəxanalardan birində hərtərəfli müayinədən, o cümlədən ultrasəs və KT müayinəsindən sonra uşağın qaraciyərində iki exinokok kistası (birinin ölçüsü 7 sm, digərinin ölçüsü 4 sm) aşkar edilib.

 

Uşaq 2 həftəlik antihelmintik dərmanlarla müalicə olunduqdan sonra planlı əməliyyat olunub.

 

Bu əməliyyat çərçivəsində oğlanın qaraciyərindən hər iki kist kəsilərək çıxarılıb, omentopeksiya aparılıb.

Əməliyyat uğurla nəticələnib və oğlan müntəzəm müşahidə altındadır.

 

Seçilən
156
50
Mənbələr
Şərh ()
Bağla