AZ

İftar süfrəsi üçün maraqlı reseptlər

Day.Az axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:

Saray plovu

Ərzaqlar:

500 qram doğranmış mal əti
1 soğan
2 yerkökü
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı qırmızı bibər tozu

Plov üçün:
2 stəkan düyü
3 stəkan qaynar su
2 qaşıq kərə yağı
1 xörək qaşığı zeytun yağı

Üzəri üçün:
3 xörək qaşığı badam
1 xörək qaşığı şam fıstığı
1 xörək qaşığı püstə
1 ovuc qabığı soyulmuş nar dənələri

Hazırlanması:

Plovu hazırlamaq üçün düyünü yaxşıca yuyun və 10 dəqiqə ilıq suda saxlayın. Qazana kərə yağı və zeytun yağı əlavə edib süzülmüş düyünü 5 dəqiqə qovurun. Sonra qaynar su əlavə edin və 15 dəqiqə bişirin. Əti 1,5 stəkan su ilə qazanda 25-30 dəqiqə qaynadın. Düyü hazırlamaqda istifadə etmək üçün suyu ehtiyatda saxlayın. Ayrı bir qabda qaynadılmış əti soğanla birlikdə qızardın. Sonra yerkökü əlavə edin və sote etməyə davam edin. Sonda ədviyyatları əlavə edin. Sonra boşqabın altına ət, üstünə isə düyü qoyun. Onu qovrulmuş badam, püstə, şam qozası və nar dənələri ilə bəzəyin.

Toyqa şorbası

Ərzaqlar:

1/2 fincan çatlamış buğda (əvvəlcədən suya batırılmış, qaynadılmış)
1 stəkan qaynadılmış noxud
6 stəkan qaynar su
2 xörək qaşığı un
1 stəkan süzülmüş qatıq
1 yumurta sarısı
1/2 çay qaşığı duz

Üzəri üçün:
2 qaşıq kərə yağı
1 çay qaşığı quru nanə

Hazırlanması:

Qazana qaynadılmış buğdanı və əvvəlcədən suda isladılmış noxudu əlavə edin və qaynar sutökün. Qatıq, duz, yumurta və unu bir qaba qoyun və qarışdırın. Şorba suyunun bir hissəsini qazana əlavə edin və vam odda qaynadın. Sonra qatıq qarışığını şorbaya az-az əlavə edin. Şorbanı 15 dəqiqə bişirin. Ayrı bir kiçik tavada kərə yağı qurudulmuş nanə ilə qızdırın. Şorbaya əlavə edib süfrəyə verin. 

Evdə limonad hazırla

Ərzaqlar:
Limon - 2 ədəd
Portağal - 1 ədəd
Şəkər tozu - 5-6 x/q.

Hazırlanması:
Limonu və portağalı sıxıb, şirəsini çıxart. İçərisinə qurudulmuş limon və portağal qabığını əzib tök. Üstünə 700 ml. su və şəkər tozu əlavə edib, yaxşıca qarışdıraraq, bir gecə sərin yerdə saxla. Səhəri gün daha bir xörək qaşığı şəkər tozu əlavə edib, qarışdır və süz. Soyuducuya qoyub, bir neçə saat saxladıqdan sonra içərisinə qazlı su töküb, süfrəyə ver.

Seçilən
138
2
Mənbələr
Şərh ()
Bağla