AZ

İftar süfrəsi üçün ləzziz reseptlər

Milli.Az axşam.az-a istinadən "İftar menyusu" təqdim edir:

Beyti kabab

Ərzaqlar:

2 ədəd lavaş

Küftə üçün:
400 qram qiymə ət
1 soğan
1 diş sarımsaq
1 yumurta
1/2 çay stəkansuxarını unu
1/2 çay qaşığı qara bibər
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qırmızı bibəri

Sous üçün:
2 qaşıq kərə yağı
1 xörək qaşığı tomat pastası
1 stəkan rəndələnmiş pomidor
1 çimdik duz
1 çimdik qara bibər

Xəmirin üzərinə yaymaq üçün:
3 xörək qaşığı kərə yağı

Hazırlanması:

Soğan, yumurta və sarımsağı blenderdə əzin. Qiymə, suxarı, qara bibər, qırmızı bibəri, duz və blenderdə əzdiyiniz ərzaqları birlikdə qarışdırın. Sobaya qoyacağınız tavaya yağlı kağız sərin. Küftələri uzun və yastı formalarda düzəldin və qaba qoyun. Küftələrin qalın olmadığından əmin olun. Küftələri əvvəlcədən isidilmiş sobada 190 dərəcədə bişirin. Küftələr bişəndə ​​xəmirin yarısını piştaxtaya yayın və üzərinə ərinmiş kərə yağı çəkin. Bişmiş küftələri xəmirin üzərinə boşluq qoymadan düzün. Sonra rulon halına salın. Rulonu əyri şəkildə kəsin. Xəmirin üzərinə kərə yağı sürtüb yenidən sobaya qoyun. Bu arada beytinin sousunu hazirlamağa başlayın. Kərə yağı tavada əridin, rəndələnmiş pomidorları əlavə edin və bir neçə dəqiqə qaynadın. Qara istiot və duz əlavə etdikdən sonra ocaqdan çıxarın. Qızardılmış beytini sobadan çıxarıb üzərinə sousu töküb qatıqla süfrəyə verin.

"Düğün şorbası"

Ərzaqlar:

400 qram quzu əti (boyun hissəsi olsun)
1 litr su
3 xörək qaşığı un
5 xörək qaşığı qatıq
1 yumurta sarısı
1/2 limon suyu
1 çay stəkan su
1,5 çay qaşığı duz

Üzəri üçün:

1 xörək qaşığı kərə yağı
1/2 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çimdik nanə
1 çimdik qırmızı istiot

Hazırlanması:

Bol suda yuduğunuz quzu boyun ətini dərin bir qazana qoyub, su əlavə edin və aşağı istilikdə qaynadın. Ət bişəndə əti sümükdən ayırın və əzin. Ət suyunu süzüb, qazana tökün. Şorbanı hazırlamaq üçün ayrı bir qabda un, qatıq, yumurta sarısı, su, duz və təzə sıxılmış limon suyunu yaxşıca qarışdırın. Onu qarışdıra-qarışdıra ət suyuna tökün. Əti əlavə edib vam odda, arabir qarışdıraraq qatılaşana qədər bişirin. Süfrəyə verməzdən əvvəl kərə yağı kiçik bir qazanda əridin, ədviyyatlar əlavə edin, odda qovurun və şorbanın üstünə tökün.

Şərbətli badam peçenyesi

Ərzaqlar:

Xəmir üçün:
Otaq temperaturunda yumuşaldılmış 125 qram kərə yağı
1 yumurta
1/2 çay stəkanı duru yağ
4 xörək qaşığı toz şəkər
2,5 stəkan un
5 xörək qaşığı mannı yarması
1 paket vanilin
1 paket qabartma tozu
1/2 çay stəkanı kokos

Şərbət üçün:
2 stəkan şəkər tozu
2,5 stəkan su
2 damcı limon suyu

Hazırlanması:

Əvvəlcə şərbəti hazırlayın. Qazana şəkər tozu və suyu töküb qaynadın. Qatılaşana yaxın limon şirəsi əlavə edin. Sobadan götürüb soyumağa qoyun. Xəmir üçün kərə yağı, yağ və şəkər tozunu əlavə edib çəngəllə qarışdırın. Sonra qarışığın üzərinə yumurta, kokos, qabartma tozu və vanili qoyun. Unu az-az əlavə edib ələ yapışmayan xəmir hazırlayın. Hazırladığınız xəmir qarışığından qoz böyüklüyündə parçalar götürün. Əllərinizlə badam şəklini verin. Yağlanmış soba qabına qoyun. Bıçağın köməyi ilə ortada kəsiklər edin və bir az yastıladın. Əvvəlcədən isidilmiş 180 dərəcə sobaya qoyun. Hərtərəfli qızarana qədər təxminən 30 dəqiqə bişirin. Badamlı desert bişdikdən sonra sobadan çıxarın və 1-2 dəqiqə ilkin istiliyin getməsini gözləyin. Sonra üzərinə soyuq şərbəti tökün. Üzərinə badam əzməsi səpin.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
107
15
Mənbələr
Şərh ()
Bağla