AZ

Meqan Markl Keytə bir addım atdı: Barışıq əlaməti verdi

Meqan Markl bu yaxınlarda uşaq xəstəxanasına baş çəkib.

 

Sfera.az bildirir ki, Meqan Markl uşaq xəstəxanasında ictimaiyyət qarşısında çıxışı zamanı Keyt Middltona gizli işarə verib.

 

Sasseks hersoginyası uşaqların təhsil kampaniyasına dəstək olmaq üçün L.A. Uşaq Xəstəxanasına gedib. Səfər 21 mart 2024-cü ildə baş tutsa da, xəstəxana keçmiş aktrisanın səfərini yalnız aprelin əvvəlində paylaşıb. 

 

Meqan ağ çiçəkli “Oscar de la Renta” paltarı, təbii makiyajdan ibarət görünüşü, hazırda xərçəngdən müalicə olunan Şahzadə Keyt üçün barışıq addımı atdığını göstərir. 

 

Qeyd edək ki, 2020-ci ildə Harri və Meqan krallıq vəzifələrindən imtina edərək, ABŞ-a köçüblər. O vaxtdan bəri onlar Netflix seriyası da daxil olmaqla bir sıra sənədli layihələr hazırlayıblar. Cütlük Bukingem sarayındakı həyatın təfərrüatlarını açıqlayıb. Harry Meqan üstündə qardaşı ilə davasından danışıb. Bu səbəbdən ailə üzvləri arasında münasibətlər daha da gərginləşib.

 

İndi xərçəng diaqnozu qoyulan Keyt kimya terapiyası keçir. Qeyd edək ki, Kral III Çarlza da xərçəng diaqnozu qoyulmuşdu. Çox güman ki, ailə üzvləri barışmaq üçün bir yol tapacaqlar, çünki məsuliyyətlərin çoxu Şahzadə Uilyam və Kraliça Kamillanın üzərinə düşür. Hətta Harrinin ailəyə qayıdışı haqqında da danışılır.

 

Aysel

Sfera.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
17
Mənbələr
Şərh ()
Bağla