AZ

Brüssel görüşü Cənubi Qafqazdakı həssas vəziyyəti gərginləşdirə bilər

"Brüssel görüşü Cənubi Qafqazda onsuz da həssas olan vəziyyəti gərginləşdirə bilər".

OXU24.COM  xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Elnur Allahverdiyev Brüssel görüşünün nəticələrini şərh edərkən bildirib.

O söyləyib ki, bu görüş həm Ermənistanın, həm də kollektiv Qərbin bölgəmizdə davamlı sülhdə maraqlı olmadıqlarının göstəricisidir: "44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni əməkdaşlıq və sülh mərhələsi üçün əlverişli mühit yaranmışdı. Bölgə dövlətləri öz xalqlarının rihafı naminə bu fürsəti əldən verməməlidirlər. Son hadisələr göstərir ki, yeni reallıq Ermənistan hökumətinin ürəyincə deyil. Fikrimcə, Cənubi Qafqazda yeni gərginlik ocaqlarının meydana çıxmasına, baş verə biləcək hansısa konfrontasiyaya görə ilk növbədə Brüssel görüşünün iştirakçıları məsuliyyət daşıyacaqlar".

Deputatın fikrincə, son üç il ərzində bu təhlükəli təzahürün əsasını Fransa qoyub: "Təbii ki, bu məsuliyyətin böyük hissəsi Fransanın üzərinə düşür. Yekun sülh sazişinin imzalanmasının qarşısında duran ilk maneə Fransa oldu. Bu ölkə Avropa İttifaqına təsirindən istifadə edib Azərbaycana qərəzli münasibətin formalaşmasında böyük rol oynayır. Təəssüf ki, ABŞ-nin da nəticə etibarilə bu sırada yer alması kollektiv Qərbi Cənubi Qafqazda sülhün bərqərar olmasına qarşı çıxan maneəyə çevirib".

Onun sözlərinə görə, Brüssel görüşü və onun nəticələrinin əsası Ermənistana Avropadan olan gizli kəşfiyyatçıların göndərilməsi ilə qoyulub: "Bugünkü hadisələr, onların gedişatı Prezident İlham Əliyevin avropalı müşahidəçilər Ermənistana gələrkən bunun təhlükəli təzahür olduğunu deməkdə nə qədər haqlı olduğunu göstərir. Dövlət başçısı hələ o vaxt bəyan etmişdi ki, bu "missiya"nın məqsədi sadəcə müşahidə deyil".

E.Allahverdiyev əmindir ki, bu gün başda ABŞ və Avropa İttifaqı olmaqla Qərbin Ermənistana dəstək durub silahlandırması, maliyyə yardımı etməsi nəticə etibarilə yenidən hərbi əməliyyatların alovlanması ilə nəticələnə bilər: "Keçirilən sosioloji sorğular göstərir ki, Ermənistan əhalisinin böyük qismi Azərbaycanın işğal altında olan dörd kəndini geri qaytarmağa qarşıdır. Bu, açıq formada revanşizmin meydan oxuması deməkdir. Eyni zamanda, növbəti dəfə erməni xalqının uzaqgörən olmadığının göstəricisidir. Erməni xalqı tarixin fərqli dönəmlərində belə səhvlərin qurbanı olub. Bu gün də Qərbin verdiyi dəstəkdən ruhlanıb sərhədə hərbi hissələr və texnika toplayırlar. Belə görünür ki, vəziyyətin nə qədər təhlükəli olduğunun məsuliyyətini nə İrəvanda anlaya bilirlər, nə də Qərbdə. Əgər Ermənistanda anlaya bilmirlərsə, Qərbdə anlamaq istəmirlər".

Görüşün yekunu olaraq Ermənistana maliyyə yardımının ayrılmasına əsas olmadığını deyən E.Allahverdiyev hesab edir ki, qapalı şəkildə müzakirə edilən məsələlər fərqli ola bilər. "Aydındır ki, ABŞ-nin və Aİ-nin belə yüksək rütbəli məmurlarının iştirakı ilə anons edilən və keçirilən görüşün nəticəsi cəmi bir neçə yüz milyon avroluq yardım ola bilməz. Əminliklə demək olar ki, görüşün qapalı hissəsində Ermənistanın silahlanması kimi təhlükəli mövzular müzakirə olunub. Ortada silah və hərbi dəstək varsa, deməli, kiməsə qarşı yönəlib. Sərhəddə erməni hərbi texnikası və canlı qüvvəsinin toplanması təsadüfi deyil".

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell arasında görüş keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18253
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12891
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10223
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4540
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4198
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3385
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3185
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2727
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2394
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2147
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1647
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1130
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1001
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
910
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
809
Arda dubl etdi - VİDEO
801