AZ

Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə cəbhədəki vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə ölkənin şimalındakı Çerniqov vilayətində görüşüb.Missiya.Az Report-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.“ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdüm - hər iki partiya, Konqresin hər iki palatası təmsil olunurdu. Partnyorların Ukraynada, bölgələrimizdə baş verənləri şəxsən görmələri vacibdir. Dünən konqresmenlərlə məhz elə Çerniqov vilayətində görüşdüm”, - o bildirib.V.Zelenskinin sözlərinə görə, o, tərəfdaşlarını cəbhə xəttindəki vəziyyət barədə məlumatlandırıb, həmçinin onlara Ukrayna ordusunun prioritet ehtiyacları və ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasının miqyası barədə məlumat verib.“ABŞ Konqresinin dövlətimizə gələcək dəstək haqqında qərar qəbul etməsinin həyati əhəmiyyət daşıdığını vurğuladım”, - o qeyd edib.

Seçilən
168
6
Mənbələr
Şərh ()
Bağla