AZ

Beşinci NATO ölkəsi Ukrayna ilə hərbi yardıma dair sazişi bağladı

Ukrayna prezidenti Vladimir Zelenski və Finlandiya prezidenti Aleksandr Stub təhlükəsizlik və uzunmüddətli dəstək haqqında ikitərəfli saziş imzalayıblar.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz Teleqram kanalında yazıb.

“Finlandiya Kiyvə uzunmüddətli hərbi və maliyyə yardımı göstərəcək, həmçinin siyasi, maliyyə, humanitar sahələrdə Ukrayna ilə əməkdaşlığı dərinləşdirəcək”, – Zelenski qeyd edib.

Onun sözlərinə görə, Helsinki Kiyevə enerji sektorunu bərpa etməyə, ətraf mühitə dəyən ziyanı qiymətləndirməyə, sərhədlərin mühafizəsini gücləndirməyə və Ukrayna hərbçilərinə tibbi yardım göstərməyə kömək edəcək.

Azpost.info

Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla