AZ

Xavi "Barselona"ya tələb irəli sürdü

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Xavi klubda qala bilər.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

44 yaşlı mütəxəssis klub rəhbərliyinə tələb irəli sürüb. Xavi "Barselona"nın uzunmüddətli layihəsi ilə bağlı aydın təminat almaq istəyir.

Xavinin klubun maddi sıxıntılarını nəzərə alaraq mütləq komandaya gətiriləcək olan futbolçulardan ibarət transfer siyahısını görmək istədiyi bildirilir.

Xatırladaq ki, yanvarın sonunda Xavi cari mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılacağını açıqlamışdı.

Seçilən
141
49
Mənbələr
Şərh ()
Bağla