AZ

Xavi jurnalisti məhkəməyə verdi

Xavi Ernandes məhkəməyə üz tutub.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın baş məşqçisi Manuel Yabosdan şikayət edib.

Yerli mənbələrə görə, buna “El Pais” və “Cadena SER”in jurnalistinin mütəxəssis haqqında kobud yazılar, mesajlar yazması və fikirlər səsləndirməsi səbəb olub. Qeyd edək ki, Xavi ötən ilin oktyabrından başlayaraq mətbuat konfranlarında media nümayəndələrini tənqid edirdi. Yabos buna cavab olaraq mütəxəssis haqqında kobud yazılar və mesajlar yazıb. Xavi jurnalistin yazılarının və fikirlərinin tam yalan olduğunu və onun şərəfini təhqir etdiyini vurğulayıb. Bu səbəblərdən qanun çərçivəsində addım atmaq qərarına gələrək Yabosu məhkəməyə verib.

Seçilən
153
49
Mənbələr
Şərh ()
Bağla