AZ

Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi sahəsində görülən işlər müzakirə olunub

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri təşkil olunub.
Nümayəndə heyətinin tərkibinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova da daxildir.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, səfərin ilk günü, oktyabrın 11-də Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində görüş keçirilib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məsul nümayəndələri tərəfindən ictimai diplomatiya, media yayımı, xarici media ilə əlaqələr, dezinformasiya ilə mübarizə, Türkiyə brendi, kommunikasiya sahəsində insan resurslarının idarə edilməsi mövzularında təqdimatlar edilib.
 
Oktyabrın 12-də Azərbaycan nümayəndə heyəti Türkiyənin Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Anadolu Agentliyində görüşlər keçirib. Görüşlər zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin media və dövlət kommunikasiyası ilə yanaşı, strateji kommunikasiya mexanizmi, Mədəniyyət və Turizm Nazirliyinin PR strategiyası, ölkənin təbliği və turizm potensialının təşviqi, Anadolu Agentliyinin ölkədaxili, regional və qlobal miqyasda fəaliyyəti, müasir dövrdə jurnalistika və media ilə iş mövzusunda təqdimatlar edilib, təcrübə mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Azərbaycan nümayəndə heyəti oktyabrın 13-də Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Radio və Televiziya Ali Şurasında görüşlərdə iştirak edib. Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin dövlət kommunikasiyası sahəsində fəaliyyəti, media və sosial media ilə iş, habelə xaricdəki diplomatik nümayəndəliklərin media ilə fəaliyyət strategiyası, mətbuat katibliyinin fəaliyyəti, RTÜK-ün radio və televiziya sahəsində həyata keçirdiyi işlər, media savadlılığı, televiziyaların monitorinqi sistemi məsələləri görüşlərin müzakirə mövzusu olub.
 
Oktyabrın 14-də isə Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İstanbul şöbəsində və “TRT World” telekanalında görüşlər keçirilib. Görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olunan media ilə iş, böhran zamanı kommunikasiya, İstanbul valiliyinin kommunikasiya fəaliyyəti, habelə “TRT World” kanalının dünyada media brendinə çevrilməsi, peşəkar beynəlxalq jurnalistika, TRT-nin yeni onlayn televiziya konsepsiyası, dəyişən beynəlxalq və regional siyasi gündəliyə çevik uyğunlaşma və gələcək hədəflər haqqında təqdimatlar edilib və digər məsələlər müzakirə olunub.
Səfər 15 oktyabr tarixində başa çatıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
686
37
aztibb.az

10Mənbələr