AZ

30 dövlət qurumunun sözçüsünün Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başa çatıb.

Publika.az xəbər verir ki, oktyabrın 14-də Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İstanbul şöbəsində və “TRT World” telekanalında görüşlər keçirilib.

Görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olunan media ilə iş, böhran zamanı kommunikasiya, İstanbul valiliyinin kommunikasiya fəaliyyəti, habelə “TRT World” kanalının dünyada media brendinə çevrilməsi, peşəkar beynəlxalq jurnalistika, TRT-nin yeni onlayn televiziya konsepsiyası, dəyişən beynəlxalq və regional siyasi gündəliyə çevik uyğunlaşma və gələcək hədəflər haqqında təqdimatlar edilib və digər məsələlər müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
670
18
publika.az

10Mənbələr