AZ

Daha bir həkim fəaliyyətini Göygöl Rayon Mərkəzi Xəstəxanasında davam etdirəcək

Daha bir həkim fəaliyyətini Göygöl Rayon Mərkəzi Xəstəxanasında davam etdirəcək.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Kəmalə Süleymanova Ginekologiya və doğum şöbəsində həkim-pediatr-neonatoloq vəzifəsinə təyinat alıb.

 

Kəmalə Süleymanova 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1998-2002-ci illər ərzində “İstanbul Üniversitesi Cerrahpaşa Tıp Fakültəsin”də ümumi tibb ixtisası üzrə təhsil alıb. 2002-2011-ci illər ərzində “İstanbul Üneversitesi Cerrahpaşa Tıp Fakültesi”, “İstanbul Şişli Etfal Eğitim” və “Araşdırma Hastanesi”də pediatr-neonatoloq ixtisası üzrə rezidentura təhsili alıb.

 

O, 2008-2011-ci illərdə “İstanbul Şişli Etfal Eğitim ve Araşdırma Hastanesində”, 2011-2013-cü illərdə “Acıbadem Bakırköy Hastanesində”, 2013-2015-ci illərdə “Medicana Avcılar Hastanesində”, 2015-2016-cı illərdə “TEM Hospital-da”, 2017-2019-cu illərdə “Asiya Hastanesidə”, 2019-2021-ci illərdə “Avcılar Hospital-da” pediatr-neonatoloq, 2021-2023-cü illərsə “Özel Rota Tibb Mərkəzində” pediatr - baş həkim vəzifələrində çalışıb.

Seçilən
167
50
Mənbələr
Şərh ()
Bağla