AZ

"Real" və "Çelsi"nin keçmiş oyunçusu arvadından boşandı: uşaqların atası deyilmiş

“Çelsi”nin və Kamerun millisinin keçmiş oyunçusu Ceremi Njitape həyat yoldaşından ayrılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 45 yaşlı Ceremi bir neçə il əvvəl təqaüdə çıxıb. O, böyütdüyü uşaqların atası olmadığı müəyyən edildikdən sonra ictimaiyyətin diqqətində olub.

Kamerun məhkəmə sənədlərinə görə, keçmiş yarımmüdafiəçi əkizlərin atasının əslində arvadı Lauranın əvvəlki əri olduğunu və bu səbəbdən boşanma ərizəsi verdiyini deyib.

Mediaya sızan sənədlərdə deyilir ki, Laura “ailədəki sülh və harmoniyanı pozub” və bu səbəbdən futbolçu boşanmaq üçün ərizə vermək qərarına gəlib.

Əkizlər 2008-ci ildə toylarından dörd il əvvəl dünyaya gəliblər. Cereminin iddiasına əsasən, arvadı həmçinin ona mənəvi ziyan vurub.

Ceremi Kamerun yığmasında 118 oyun keçirib, 2000-ci ildə Sidneydə Olimpiya medalını qazanıb və eyni zamanda Afrika çempionu olub. Joze Mourinyonun rəhbərliyi altında “Çelsi”nin üzvü olaraq iki dəfə İngiltərə çempionu olub. O, həmçinin “Real Madrid” ilə La Liqanın və eyni zamanda iki dəfə Çempionlar Liqasının qalibi olub.

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla