AZ

Ukrayna ilə danışıqlar başlayır? - Lavrov və Şoyqudan ard-arda mesajlar

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov Ukraynanı danışıqlara sövq etmək və Qərbi Kiyevə yardımdan çəkindirmək üçün informasiya əməliyyatlarını gücləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

İnstitut qeyd edir ki, Şoyqu Ukraynaya dəstəyin qarşısını almaq üçün Fransanı hədələyib və danışıqlar amilini ön plana çıxarıb. Amerikalı analitiklərə görə, Şoyqunun bu ritorikası Qərbi Ukraynanı Rusiyanın şərtləri ilə qeyri-bərabər danışıqlara sövq etməyə inandırmaq məqsədi daşıyan geniş informasiya əməliyyatının bir hissəsidir.

Kreml Fransanın Ukraynaya qoşun göndərəcəyi iddiası kontekstində NATO ilə mümkün eskalasiya amilini da gündəmə gətirib. Peskov deyib ki, NATO və Rusiya birbaşa qarşıdurma vəziyyətindədir. ABŞ institutu hesab edir ki, Ruslar Qərbi təmkinli olmağa məcbur etmək üçün informasiya əməliyyatlarını gücləndirib.

Peskov həmçinin NATO-nu Rusiya sərhədlərinə yaxınlaşmaqda ittiham edib. Bu, Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlıdır.

“Kreml uzun müddətdir Ukraynadakı müharibəsinə haqq qazandırmaq üçün NATO və Qərbi Rusiyaya ekzistensial təhlükə kimi təqdim etməyə çalışır. Məsələn, martın 18-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, NATO ilə Rusiya arasında tammiqyaslı müharibə arzuolunmazdır, amma mümkündür”, - ABŞ analitikləri deyirlər.

Analizdə vurğulanır ki, NATO və Rusiyanın artıq “birbaşa qarşıdurma”da olması tezisini gücləndirmək Qərbin Ukraynaya dəstəyi ilə bağlı mühüm qərarları gecikdirmək məqsədi daşıyır.

Bundan əlavə, Lavrov “danışıqlara maraq” məsələsini gündəmə gətirib. O, Rusiyanın əlverişli şərtlərlə danışıqlara hazır olduğunu bildirib.

ISW-yə görə, Rusiya NATO ilə potensial müharibəyə hazırlaşmağa davam edir. Rusiyada artıq bununla bağlı hərbi islahatlar aparılır, Leninqrad və Moskva hərbi dairələri yenidən yaradırlar. Kreml NATO-nu Rusiyaya Finlandiya ilə sərhəddə Leninqrad hərbi dairəsini bərpa etmək üçün əsas yaratmaqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
78
50
Mənbələr
Şərh ()
Bağla