AZ

ABŞ institutu: Ukrayna ordusunda silah-sursat çatışmazlığı var

Qərbin dəstəyi Ukrayna üçün həlledici amildir.



NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında qeyd olunub.
Qeyd olunub ki, Qərbin silah-sursat təminatı Ukrayna ordusunun döyüş gücünü bərpa etməsi və gücləndirməsi üçün mühüm faktordur.
Bildirilib ki, hazırda Ukrayna ordusunda silah-sursat çatışmazlığı var: “Ona görə də Ukrayna ordusu silah-sursata qənaət etməyə və əsas diqqəti cəbhənin kritik istiqamətlərinə yönəltməyə çalışır. Ukraynanın məhdudiyyətləri Rusiya qüvvələrinə hücum əməliyyatlarını daha çevik yerinə yetirməyə şərait yaradır. Bu isə Rusiya qüvvələrinin gələcəkdə daha əhəmiyyətli qazanclar əldə etməsinə səbəb ola bilər”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.
ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski daha əvvəl Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl bildirib ki, müharibənin yalnız hərbi yolla həlli var.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
180
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27880
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26912
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19252
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18176
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14702
Sabah 20 dərəcə isti olacaq
10029
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9751
May ayında Azərbaycana qar yağdı - VİDEO
8975
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8764
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8574
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7694
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7458
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7196
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7084
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6695
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6597
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6562
Azərbaycan nefti ucuzlaşıb
6185
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6183