AZ

Rəsmi Bakının reaksiyasına səbəb olan Paşinyan-Blinken-Lyayen görüşü bu gündür


Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında görüş keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, planlaşdırılan görüşü ilk olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi, Qərblə yaxınlaşmanın zəruriliyi ilə bağlı bəyanatları ilə tanınan və respublikada qərbyönlü siyasətin əsas ideoloqlarından biri sayılan Armen Qriqoryan elan edib.
“Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın davamlılığının artırılmasına yönəlib”, - Qriqoryan bildirib.
Qeyd edək ki, görüşlə bağlı qeyri-müəyyənlik və cəmiyyətdəki spekulyasiyalar tərəfləri qarşıdakı gündəmlə bağlı daha aydın danışmağa vadar edib. Xüsusən, Blinken bildirib ki, danışıqlar əsasən iqtisadi məsələlərə həsr olunub. Ermənistan Xarici İşlər Nazirliyi də görüşdə iqtisadi və humanitar məsələlərin müzakirə olunacağını bəyan edib.
Ermənistan XİN-in məlumatına görə, bu danışıqlar geosiyasi xarakter daşımır və başqa ölkələrə qarşı yönəlməyib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 27-də bu görüşlə bağlı KİV-in suallarını cavablandırarkən bəyan edib ki, görüşdə təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının da planlaşdırılmasına dair xəbərlər yayılıb və bu, regionda üçtərəfli hərbi ittifaqın qurulduğu təəssüratını yaradır.
Seçilən
236
45
Mənbələr
Şərh ()
Bağla