AZ

Cütlüyün yeni planı gündəm oldu

Tarix: 5 Aprel 2024 05:06

Müğənni Cennifer Lopez və həyat yoldaşı Ben Afflek yeni ev axtarır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük bir müddət əvvəl 60 milyon dollarlıq yeni villaya köçmüşdü. Onlar bu dəfə cütlük Nyu-Yorkda ev almağa hazırlaşır. Buna görə də onlar bəyəndikləri əraziləri gəzməyə başlayıblar.
"Page Six" yazır ki, cütlüyün seçdiyi mənzillərdən biri altı yataq otağı, dam terrası, bağçası və zirzəmisi olan dörd mərtəbədən ibarətdir. Qiyməti 45 milyon dollardır.
Son vaxtlar CeyLonun Nyu-York küçələrində görünməsinin səbəbi də budur. Əvvəlcə o, qızı və rəfiqəsi ilə yerli kafelərdən birindən fotosunu yayımlayaraq pərəstişkarlarını gəlişi barədə xəbərdar edib. 
Qeyd edək ki, cütlük ilk evini ötən il alıb.
Milli.Az

Seçilən
197
1
Mənbələr
Şərh ()
Bağla