AZ

Şakira Pikedən sonra yeni münasibətı hazırdır

Kolumbiyalı müğənni Şakira ispaniyalı futbolçu Pikedən ayrıldıqdan sonra yeni münasibətə hazırdır.

 

Sfera.az bildirir ki, qalmaqallı ayrılıqdan təxminən iki il sonra ulduz özünü yeni bir qadın kimi aparır. O, daim meditasiya edir, özünü sırf karyerasına və uşaqlarına həsr edib.

 

"Şakira özünü illərlə müqayisədə daha yaxşı hiss edir, özünü yeni qadın kimi aparır. Yaxınları onu işdə və dostları ilə görməkdən çox xoşbəxtdirlər"- mənbə bildirib.

 

Mənbə əlavə edib ki, Şakira münasibətə hazır olmasa da, təsadüfi tanışlıqlara çox açıqdır.

 

Məlumata görə, məşhurun ​​ətrafında "yeni bir qığılcım" var. Amma yenə də Şakira meditasiya, yoqa və dostları ilə vaxt keçirmək vasitəsilə özünə qulluq üzərində fokuslanır.

 

Qeyd edək ki, Jerar Pike və Şakira 2011-ci ildə görüşməyə başlayıblar. Onların iki oğlu var (11 yaşlı Milan və 9 yaşlı Saşa). Müğənni futbolçunun xəyanətini tutduğu məlum olandan sonra ş cütlük 2022-ci ilin iyununda ayrılıb.

 

Bu arada, Şakira övladlarının tərbiyəsi ilə məşğul olması səbəbindən uzun müddət media sahəsindən uzaqlaşaraq, musiqi karyerasını fəal şəkildə davam etdirir.

 

2022-ci ildən bəri onum adı bir sıra romantik münasibətlər, xüsusən də Tom Kruz ilə hallanıb. Lakin internetdə yayılan bu dedi-qodular rəsmən təsdiqini tapmayıb.

Aynil

Sfera.az

Seçilən
209
30
Mənbələr
Şərh ()
Bağla