AZ

Almaniyada İkinci Dünya Müharibəsindən qalan bomba aşkar edilib

Bu həftə Almaniyanın Köln şəhərində Reyn çayında İkinci Dünya Müharibəsi zamanı partlamamış 500 kiloqramlıq bomba aşkar edilib.
Ednews Euronews-a istinadən xəbər verirki, partlayıcı Deutzdakı Kennedi sahili yaxınlığında gəmi kanalının tikintisi zamanı aşkar edilib. Düsseldorf  hökuməti 500 metr radiusda təhlükəli zona təyin edib. Çərşənbə günü günortadan sonra tamamlanan zərərsizləşdirmə əməliyyatı müddətində Reyn gəmilərin istifadəsinə bağlanıb. Bir neçə yol və Reyn sahilindəki tunel də bağlanıb. Köln şəhəri İkinci Dünya Müharibəsi zamanı 200-dən çox bombardmana məruz qalıb və o vaxtdan bəri onilliklər ərzində çoxlu partlamamış hərbi sursatlar aşkar edilib.
Nahid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
5
Mənbələr
Şərh ()
Bağla