AZ

Qazaxıstanda arvadını öldürən keçmiş nazir mühakimə olunur. O öz hərəkətini necə izah edib?

Qazaxıstanda həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandık Bişimbayevin məhkəməsi davam edir.

Sabiq nazir amansızlıqla insan həyatına son qoymaqda, sistematik döyülmələrlə fiziki və ruhi iztirablara səbəb olmaqda ittiham olunur.

Bişimbayev 2023-cü il noyabrın 9-da Astanada saxlanılıb. Bir gün əvvəl keçmiş İqtisadiyyat naziri həyat yoldaşı ilə konsertdə olarkən mübahisə edib. Daha sonra onlar BAU restoranına gediblər. Müəssisə Bişimbayevin qohumu Baxıtjan Bayjanova məxsus “Gastro-Ploshchad Center” ticarət mərkəzinin binasında yerləşir. Restoranda keçmiş məmur Nukenovanı döyüb.

İstintaq hesab edir ki, o, sərxoş olarkən “yumruqları ilə qadının başına bir neçə zərbə vurub”. Qadın yerə yıxılıb, Bişimbayev isə onu təpikləməyə başlayıb. Nukenova otaqlardan birində gizlənmək istəsə də, Bişimbayev qapını qıraraq otağa daxil olub və onu yenidən döyüb.

Bundan sonra eks-nazir qadının boğazından yapışaraq onu boğmağa başlayıb.

Nukenova huşunu itirib və bir daha özünə gəlməyib. Ertəsi gün, noyabrın 9-da Bişimbayev Bayjanova zəng edərək, restoran işçilərini işdən çıxartmağı, həmçinin kameralardan bütün videogörüntüləri silməyi tapşırıb.

Keçmiş məmur həm də qohumundan həyat yoldaşının telefonunu evlərinə aparmağı xahiş edib, çünki Nukenovanın qardaşı onun geolokasiyasını izləyirdi. Prokuror aydınlaşdırıb ki, hadisə yerinə gələn kimi Bayjanov huşunu itirmiş qadın görüb. Bişimbayevin xahişi ilə onu qaldırıb divana qoyub. Bir neçə saatdan sonra Bayjanov Nukenovanın həyat əlaməti olmadığını aşkar edib.

Bişimbayev hadisənin necə baş verməsi ilə bağlı öz versiyasını açıqlayıb

Aprelin 3-də keçirilən məhkəmə prosesində Bişimbayev bildirib ki, restoranda insident baş verən gün o, üç saat ərzində Nukenovanın “şikayətlərini dinləyib”. Keçmiş nazir Nukenovanın onun tərəfindən hədiyyə edilən kulonu atmaq istəməsini bildirib. Daha sonra 1 saylı VİP kabinədə Nukenova sırğalarını, nikah üzüyü, qol saatı, qolbağını çıxarıb və hər şeyi tualetə atıb”, - təqsirləndirilən şəxs əlavə edib.

Bişimbayev deyib ki, həyat yoldaşı səs-küy və qışqırıq səsləri eşidilən tualetdə özünü kilidləyib və bu səbəbdən o, qapını döyməyə başlayıb. Sonra Nukenova qapını açıb və onun üstünə qışqırıb.

Mənə tərəf qaçdı və köynəyimi cırdı. Mən onu itələdim və o, divara dəydi

Kuandık Bişimbayev
Qazaxıstanın keçmiş iqtisadiyyat naziri

Buna cavab olaraq Bişimbayev qadının köynəyini cırıb, Nukenova isə həmin köynəyi əynindən çıxarmağa başlayıb. “O, şalvarını aşağı çəkəndə əsəbiləşdim və onu buraxdım (...) O “üzü üstə tualetə düşdü”. Zərbə çox güclü idi. Daha sonra ayağa qalxmaq istəyən qadın bu dəfə başı ilə kafelə dəyib.

Bundan əlavə, Bişimbayev niyə kameralardan yazıların silinməsini xahiş etdiyini izah edib. Onun sözlərinə görə, o, cinayəti gizlətməyib, sadəcə olaraq, qara piardan yayınmaq istəyib.

Bişimbayev Nukenovanın başına gələnlərdə əli olduğunu, lakin özünü qəsdən adam öldürmədə təqsirli saymadığını bildirib.

Nukenovanın anası özünü saxlaya bilmədi və qışqırdı ki, o, bir neçə saat ardıcıl olaraq bunu edir. O, həmçinin keçmiş nazirin keçmişini açıqlamaqla hədələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24064
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13432
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11123
Helikopter qəzası ilə bağlı yeni xəbər
7157
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5747
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5554
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5182
Rəisi öldü, Pakistanda matəm elan edildi
5016
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3937
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3760
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3651
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3521
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3110
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3082
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2775
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543