AZ

“Arvadımın ölümündə mənim əlim olub” - Qazaxıstanın sabiq naziri

Həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Qeyd olunub ki, sabiq nazir həyat yoldaşı Səltənət Nukenovanın qətlində təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.

Dindirilmə zamanı K.Bişimbayev deyib ki, həyat yoldaşını xüsusi amansızlıqla, qəsdən, şüurlu, planlı şəkildə qətlə yetirməyib, ona görə də özünü bunda təqsirli hesab etmir:

“Etiraf edim ki, onun ölümündə mənim əlim olub. Mübahisəmiz olmasaydı, həmin axşam aramızda baş verən bəzi hərəkətlər olmasaydı, bəlkə də, heç nə olmazdı”.

Məlumata görə, hadisə 2023-cü il noyabrın 9-da Bişimbayevin ailəsinə məxsus restoranda baş verib.

Süfrə arxasında ər-arvad arasında mübahisə yaranıb və bu zaman S. Nukenova ərinə ondan ayrılmaq istədiyini deyib. Bundan sonra sərxoş əri ona hücum edərək şiddətlə döyməyə başlayıb.

Restoranın kənar şəxslər üçün bağlı olması səbəbindən cütlük arasında bir neçə saat davam edən dava zamanı Nukenovanın köməyinə çatan olmayıb. Səltənətin baş və bədən nahiyələrinə zərbələr endirən Bişimbayev onun həyat əlamətləri göstərmədiyinin fərqinə vardıqdan sonra əl saxlayıb.

Bişimbayevin çağırması ilə hadisə yerinə gələn əmisi oğlu Baxıtjan Bayjanov huşunu itirmiş və qeyri-təbii xırıltılar çıxaran Səltənəti divana uzandırıb. Amma hadisə yerinə təcili yardım çağırmayıb. Bir neçə dəqiqə sonra Bayjanov Səltənətin öldüyünü bilib.

Bundan sonra qohumlar izləri məhv etməyə başlayıblar. Onlar əvvəlcə hadisəni qeydə alan kameraların görüntülərini sildiriblər. Bütün bu hadisələrdən sonra Bişimbayev və Bayjanov saxlanılıblar. Keçmiş nazirə və Bayjanova cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, keçmiş nazir qısqanclıq zəminində mütəmadi olaraq arvadını döyürmüş.

Qətldən 6 ay əvvəl Səltənət qardaşına döyülmə izləri olan şəklini göndərib. Lakin cütlük tezliklə  barışıb.

Xatırladaq ki, 2023-cü il noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, noyabrın 8-də axşam saatlarında Astanada restoranlardan birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətdən ölüb. Mərhumun keçmiş nazirin həyat yoldaşı Səltənət Nukenova olduğu məlum olub.

Qeyd edək ki, Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev və Səltənət Nukenova Astanada vətəndaş nikahı ilə yaşayıblar.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23137
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12663
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8660
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5559
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5436
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3949
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3606
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3526
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3295
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3185
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2954
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2699
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2555
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2465
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142