AZ

Göyərtəsində 108 sərnişinin olduğu bərə BELƏ YANDI - ANBAAN VİDEO

Tailandın Surat Tani əyalətindəki Tao adasının sahillərində göyərtəsində 108 sərnişinin olduğu bərə alovlanaraq batıb.

Musavat.com xəbər verir ki, bu barədə “Nation” portalı yazır.

Hadisə şahidləri görüntüləri də internetdə paylaşıblar.

“Bangkok Post”un məlumatına görə, maşın otağında başlayan yanğın daha sonra bütün gəmini bürüyüb.

Yanğında xəsarət alan almayıb. Bərədəki bütün sərnişinlər xilasedici qayıqlarla sahilə çıxarılıb.

Yanğının səbəbləri və hadisənin digər təfərrüatları araşdırılır.

Musavat.com

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla