AZ

Yevlaxda yanğın hadisəsi baş verib - VİDEO

Yevlaxda yanğın hadisəsi baş verib.

Hadisə Aran qəsəbəsində yaşayış yerinin yaxınlığında qeydə alınıb.

Baş verən hadisə nəticəsində yaşıllıq ərazi yanıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə söndürülüb:

“Qurumun “112” qaynar telefon xəttinə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və yol kənarında kol-kos olan sahədə baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Seçilən
169
50
Mənbələr
Şərh ()
Bağla