AZ

İranda silahlı qarşıdurma 11 saatdır davam edir: çox sayda ölənlər var

“Halvəş” Teleqram kanalı xəbər verir ki, etnik bəluçlardan ibarət olan Ceyş əl-Ədl qruplaşmasının Çabahar, Rask şəhərlərindəki SEPAH qərargahına və polis bölməsinə hücumundan 11 saat keçib.

 

Oxu24.com-un yerli telegram  kanallarına  istinadən məlumatına görə, silahlı toqquşma hələ də davam edir və bir neçə partlayış səsi eşidilib.

 

Ceyş əl-Ədl qruplaşması bəyanat yayaraq, İran hökumətinin münaqişənin sona çatması ilə bağlı iddialarını təkzib edib.

 

Qeyd olunub ki, təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 11-ə, silahlı qruplaşmanın üzvləri arasında isə 16 nəfərə çatıb.

 

 

 

 

Miri

 

Seçilən
69
50
Mənbələr
Şərh ()
Bağla