AZ

Seymur Herş: “MKİ teraktdan öncə Rusiyaya “təcili” qrifli mesaj göndərib”

Amerikalı jurnalist Seymur Herş öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyaya “Crocus City Hall” konsert zalında gözlənilən terror aktı ilə bağlı “təcili” mesaj göndərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, jurnalist gözlənilən hücumla bağlı Rusiyaya bir neçə xəbərdarlıq edildiyini bildirib.

S.Herşin sözlərinə görə, MKİ “Krokus”dakı konsertdən əvvəl əlindəki çoxsaylə bilgiləri Rusiya kəşfiyyatına ötürüb və onlardan biri "təcili" qrifli olub.

Herşin həmsöhbətlərindən biri deyib ki, Birləşmiş Ştatlar Rusiyada gözlənilən terror aktı barədə məlumatın mötəbər olduğu və terror aktının özünün “qısa müddətdə” baş verəcəyi barədə xəbərdarlıq edib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin isə ABŞ-ın terror aktı ilə bağlı məlumatı Rusiyaya ötürməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib ki, təqdim olunan məlumatlar “Crocus City Hall” konsertinə hücumun bütün iştirakçılarının kimliyini müəyyən etməyə kömək etməyib.

Onun sözlərinə görə, FTX terror aktının mümkünlüyü barədə ABŞ-dan məlumat alıb, lakin bu, vacib detallar olmadan çox ümumi xarakter daşıyıb.

Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Svetlana Jurova da ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığının az təfərrüatlardan ibarət ola biləcəyini ehtimal edib. “Bunu hər hansı böyük ictimai obyekt haqqında deyə bilərsiniz ki, orada nəsə təhlükə var. Müəyyən səciyyəvi cəhətlər olmalıdır, çünki konkretlik olmadan bu mümkün deyil, bir növ panika olardı. Çaxnaşma ilə etibarlı məlumat arasındakı sual çox incədir”, - o vurğulayıb.

Rus yetkililərin açıqlamaları da qəribədir. Terror aktının harada və yaxın günlərdə olacağı, təxminən kimlər tərəfindən törədiləcəyi barədə məlumat varsa, ta nə olsun? Martın 22-də “Krokus”u nəzarətə götürmək olmazdımı? Çaxnaşma olacaqdısa da, olsun. Onusz da oldu və 500-dən çox adam zərər çəkdi, 145 adam öldü.

Musavat.com

Seçilən
92
27
Mənbələr
Şərh ()
Bağla