AZ

Tacik miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir

Son günlər tez-tez baş verən reydlər və yoxlamalar fonunda tacik miqrantlar Rusiyanı  kütləvi şəkildə tərk edir. 

Azpost.info xəbər verir ki, bunu Tacikistanın əmək nazirinin müavini Şahnoza Nodiri də təsdiqləyib.

“Çoxlu zənglər olur. Bunlar çox güman ki, təqiblərlə bağlı şikayətlər deyil, vətəndaşlarımızın qorxusu, çaxnaşmasıdır, çoxları getmək istəyir”, – Nodiri bildirib.

“Krokus Siti”dəki terror aktından sonra Rusiya hakimiyyəti miqrantlara nəzarəti gücləndirib. Terror aktını birbaşa törədənlər dörd Tacikistan vətəndaşı olub. Daha 9 nəfər Tacikistanda saxlanılıb.

Eyni zamanda, yanvarda 2,9 faizə çatan rekord dərəcədə aşağı işsizlik səbəbindən Rusiyanın əmək miqrantlarına ehtiyacı var. Ötən il sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov Rusiya prezidenti Vladimir Putinə əmək miqrasiyası mexanizmini sadələşdirməyi təklif edib ki, Vyetnam, Kamboca, Myanma, Tailand, Bruney, Filippin, Malayziya, İndoneziya və Sinqapur sakinləri ölkəyə işləmək üçün gələ bilsin.

Titov bunun zəruriliyini Orta Asiya ölkələrinin Rusiyanı daha çox işçi qüvvəsi ilə təmin edə bilməməsi ilə izah edib.

Azpost.info

 

Seçilən
202
27
Mənbələr
Şərh ()
Bağla