AZ

Ramin Bayramlının milyonluq şirkəti Cavanşir Feyziyevə verilib

Ramin Bayramlının milyonluq şirkəti Cavanşir Feyziyevə verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının "SPEKTR MED" şirkəti ondan alınıb.

"Bakupost.az" xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə "Avromed" şirkətinə verilib.

Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra "SPEKTR MED" (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vəsitəsilə həyata keçirib.

COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının "SPEKTR Med" şirkəti vasitəsilə həyata keçirilib.

Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.

"Avromed" şirkətinin isə deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.

Bu arada, 2024-cü ilin martında Böyük Britaniya hökumətinin azərbaycanlı deputat Cavanşir Feyziyevlə həyat yoldaşının şübhəli yollarla əldə etdiyi 50 milyon dollarlıq daşınmaz əmlakının dondurulması haqqında verdiyi qərar qüvvəsində qalıb.

Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib.

Böyük Britaniya hökuməti azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz yollarla əldə edilən gəlirlərlə" Londonda şübhəli yollarla satın aldıqları 22 mülkünü dondurub.

Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb.

NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.

Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib.

Bunu "Amerikanın Səsi"nə Cavanşir Feyziyevin köməkçisi təsdiq edib.

Fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edib.

Məhkəmə martın 8-də vəsatəti rədd edib.

Seçilən
150
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15710
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15480
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15259
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13103
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11651
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9329
"Zaur, yenə çaşdın..." - VİDEO
7766
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5929
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5680
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4896
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4762
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4346
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4152
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3981
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3195
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3179
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2935
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2928
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2764